La Liqa klubu baş məşqçisiz qaldı

Sportarena.az      21 Aprel 2018, 14:43

İspaniyanın “Espanyol” klubu baş məşqçi Kike Floreslə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Baş məşqçi ilə yanaşı, idman direktoru Xordi Lardin də postundan uzaqlaşdırılıb. Onların hər ikisi komandanın uğursuz nəticələrinə görə qovulub. Komandanı müvəqqəti olaraq Dabid Qalyeqo çalışdıracaq.

 

“Espanyol” hazırda La Liqanın 20 iştirakçısı arasında 36 xalla 16-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 33 oyundan cəmi 8-də qələbə qazanıb, 12 heç-heçə edib, 13 qarşılaşmada isə məğlubiyyətlə üzləşib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin