Fikrət Orman: "Cümhuriyyətin 100 illiyi şərəfinə Azərbaycanda oyun keçirəcəyik"

Sportarena.az      21 Aprel 2018, 16:17

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Ormanın bu gün Bakıda səfərdə olduğunu xəbər vermişdik. Bakıda “Beşiktaş”ın prezidentinin adına futbol turniri təşkil ediləcək. Orman da məhz Azərbaycan “Beşiktaş”lılar dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün paytaxtımıza gəlib.

 

Sportarena.az xəbər verir ki, Orman Azərbaycandakı “Beşiktaş” azarkeşləri ilə görüşdə bunları deyib:

 

“Azərbaycan bizim canımız, qanımızdı. Biz bir millət, iki dövlətik. "Beşiktaş" hər iki dövləti təmsil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Cümhuriyyətin şərəfinə Azərbaycanda oyun keçirəcəyik. Çox güman ki, "Beşiktaş" Azərbaycandan olan seçmə futbolçularla dostluq görüşü keçirəcək. Azərbaycanla bağlı bir çox planlarımız var. Bakıda "Beşiktaş"ın rəsmi mağazasının açılışını edəcəyik". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin