2032 ci il Olimpiya oyunlarına növbəti iddiaçı

Sportarena.az      22 Aprel 2018, 15:17

2032-ci ildə keçiriləcək Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Hindistan dördilliyin ən möhtəşəm idman yarışını qəbul etməyə iddialıdır. Bunu ölkənin olimpiya assosiasiyasının rəhbəri Narinder Batra açıqlayıb. O bildirib ki, yarışı qəbul etməyə namizəd şəhər dəqiqləşməsə də, Hindistan bir sıra turnirlər üçün müraciət edəcək:

 

“2026-cı ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunları, 2030-cu ilin Asiya Oyunları və 2032-ci ilin Olimpiadası üçün sifariş verəcəyik. Bu turnirlərin bizə verilib-verilməməsini bilmirik. Lakin böyük yarışlara bağlı olmaq istəyirik”.

 

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhədinin də 2032-ci il Olimpiadasına namizədlik verəcəyi gözlənilir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin