Rəşad Sadıqov: "Böyük ehtimalla bir mövsüm də oynayacağam"

Sportarena.az      23 Aprel 2018, 00:23

Topaz Premyer Liqasında 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov matçdan sonra jurnalistlərə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilk olaraq, çempionluq sevincini bölüşüb:

 

“Bütün klubu - rəhbərliyimizi, məşqçilər korpusunu, futbolçularımızı çempionluq münasibəti ilə təbrik edirəm. Bu il gərgin mövsüm keçdi. Premyer liqa matçları ilə paralel Çempionlar Liqasıın qrupunda da mübarizə aparırdıq. Sevindirici haldır ki, bu il də çempion olduq. Komandamız xal fərqinə baxmayaraq, rahatlaşmadı, ciddi oldu, sona qədər mübarizə apardı. Bunadək dörd dəfə ardıcıl çempion olmağımıza baxmayaraq, bu il də çempionluğu çox istəyirdik”.

 

O, bu ilin Çempionlar Liqasının qrupunda mübarizə apardıları üçün xeyli gərgin il olduğunu deyib:

 

“Bu mövsümün özəlliyi bu idi ki, ilk dəfə ÇL-nin qrupunda mübarizə aparırdıq. Və bizim üçün çox ağır və gərgin idi. Qış fasiləsində bir çox oyunlarda iştirak edə bilmirdik”.

 

Təcrübəli müdafiəçi mövsümün ikinci yarısının daha ağır keçdiyini söyləyib:

 

“Qış fasiləsində sonra oyunlarımız daha ağır keçdi. Rahatlıqla qələbə qazana bilmirdik. Ya minimum fərqlə qələbə olurdu, ya da heç-heçə. Qışda bütün klublar möhkəmləndi, gücləndi. Sonuncu pillədə qərarlaşan komandalar belə, sona qədər inamla bizimlə mübarizə aparırdılar.  İkinci dövrə daha ağır keçdi”.

 

Sadıqov hələ bir il də futbolçu karyerasına davam edəcəyini bildirib:

 

“Daha bir il oynayıb-oynamayacağım haqda tam qərar verməmişik. Amma böyük ehtimalla bir mövsüm də oynayacağam. Milli karyeramı bərpa edəcəyim haqda isə hələ söhbət yoxdur".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin