Qurban Qurbanov Ağasəlim Mircavadovun rekordunu yenilədi

Sportarena.az      23 Aprel 2018, 01:12

Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb. Bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb. Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.

 

Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov,  Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.

 

mövsüm

çempion

1992

Əhməd Ələsgərov

1993

Ağasəlim Mircavadov

1993/94

Kazbek Tuayev

1994/95

Mehman Allahverdiyev

1995/96

Kazbek Tuayev

1996/97

Kazbek Tuayev

1997/98

Mehman Allahverdiyev

1998/99

Mehman Allahverdiyev

1999/2000

Ağasəlim Mircavadov

2000/01

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

Kazbek Tuayev

2004/05

Ağasəlim Mircavadov

2005/06

Böyükağa Hacıyev

2006/07

Ağasəlim Mircavadov

2007/08

Valentin Xodukin

2008/09

Qyoko Hacievski

 2009/10

Kaxaber Sxadadze

2010/11

Arif Əsədov

2011/12

Böyükağa Hacıyev

2012/13

Böyükağa Hacıyev

2013/14

Qurban Qurbanov

2014/15

Qurban Qurbanov

2015/16

Qurban Qurbanov

2016/17

Qurban Qurbanov

2017/18

Qurban Qurbanov

 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin