Qara Qarayev: "Bir-birimizi aldatmamalıyıq"

Sportarena.az      23 Aprel 2018, 01:32

Topaz Premyer Liqanın 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ”ın futbolçusu Qara Qarayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ilk olaraq, çempionluq sevincini bölüşüb.

- Bu komanda yığılandan, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanandan sonra atam demişdi ki, sizdən 5 il dalbadal çempionluq gözləyirəm. Və dediyi kimi də oldu. Bizim üçün ciddi məsuliyyətdir. Ölkədə futbolun ən yaxşıları olaraq biz seçilirik. Bunda da zəhmət var. Bütün komanda üzvlərimizə dərin minnətdarlığımı bildirirəm. İlk illərdəki kimi olmasa da, sevincliyik. Karyeramıza bir titul daha əlavə etdik. İndi də evə gedib ailəmizlə bu sevinci bölüşəcəyik.
 

 


- Sanki çempionluq  “Qarabağ” üçün adiləşib. Final fitindən sonra elə də çox sevinmədiniz...

- Yox, hər şey yaşla bağlıdır. 5 il bundan əvvəl çempion olanda cavan idik. O vaxt çempionluq mənim üçün daha önəmliydi. Komandamız böyüdükcə, titullara yox, matçlara diqqətimizi veririk. Çox sevinmək karyeramız üçün ciddi təhlükə yarada bilər. Qədərində sevinmək lazımdır. Çempion olduqdan sonra bizim işimiz bitmir, əksinə, daha da artır. Bu çempionluq mənə adi gəlmir. Qazandığım bu qızıl medal da evimin ən gözəl yerindən asılacaq. 

- Bu mövsüm qazandığınız çempionluğun əvvəlkilərdən fərqi nədir?
- Düşünürəm ki, bir-birimizi aldatmamalıyıq. İnkişaf etmək, nəyisə qazanmaq istəyiriksə, hər şeyi açıq-aşkar danışmalıyıq. Şəxsən bizə - çempion komandaya qarşı rəqiblərin oyun üslübü fərqli olub. Hər oyunda vuruşublar. Amma ümumi baxanda, çempionatda eniş var. Səkkiz komandayla inkişaf edirik desək, bir-birimizi aldadarıq. Çempionatın oyunalrı göz qabağındadır. Düşünürəm ki, növbəti ildən daha güclü, möhkəm bir çempionat qurular. Bu, Azərbaycan futboluna, idmanına lazım olan bir şeydir. 

- Gələn mövsüm üçün hədəf nədir?
- Hədəf uğurlarımızı təkrar etməkdir. Ötən il həqiqətən yaxşı uğurlarımız oldu. Millidə da bəzi yaxşı oyunlar keçirdik. Daha yaxşısını qazanmaq üçün çalışmalıyıq. 

- Mövsümün sonunda təklif olarsa, başqa kluba keçməyi düşünürsən?
- Ümumiyyətlə, Azərbaycanda, daha dəqiq desək, “Qarabağ”da karyeramı davam etdirmək istəyirəm. Uğurlarımı bu klubla qazanmaq istəyirəm. Ancaq gələn təkliflərə baş məşqçimizin də məsləhəti ilə baxacam. Mən hansısa kluba gedib, vaxt itirmək istəmirəm. Ölkədən kənarda da bayrağımızı qaldırmaq niyyətindəyəm. İndidən bu haqda danışmaq tezdir. Hələ bilinmir, amma çempionat bitdikdən sonra, təklif alsam, bütün medianın xəbəri olacaq. 

- Çempionatdakı zəif rəqabət komandanın motivasiyasına necə təsir edir?
- Düşünmürəm ki, bizə qarşı rəqabətsizlikdir. Aşağı pillələrdə olan bütün komandalar bizə qarşı döyüşüblər, xal alıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin