Qriqorçuk: "Qol cərimə zərbəsindən vuruldu ki, orda qayda pozuntusu da yox idi"

Sportarena.az      23 Aprel 2018, 02:03

Topaz Premyer Liqasının 24-cü turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları deyib:

 

“Yaxşı oyun alındı. Təəssüf ki, uduzduq. Amma futbolda belə hallar olur. Futbolçularımız kifayət qədər yaxşı oynadı, amma uduzular. Onlara dedim ki, üzülmək, məyus olmaq üçün əsas yoxdur. Çünki bu matçda yaxşı səviyyədə hərəkətlilik, sürət, oyun təşkili nümayiş etdirdik. Yaxşı qol imkanlarımız da oldu. Öz qapımız önünə çox qol imkanı buraxmadan qola üzüldük. Belə epizod xatırlamıram. Bu qol cərimə zərbəsindən vuruldu ki, orda qayda pozuntusu da yox idi. Bu da ilk dəqiqələrə təsadüf etdi. Mənim üçün oyunun əvvəlində olmayan foldan sonra cərimə zərbəsindən qol buraxmaq çox mənfi haldır. Bu gün komandam yaxşı oynadı. Rəqibin də yaxşı oynadığını qeyd etməliyəm. Futbolçularımız çox çalışdılar, düzgün oynadı. Düzdür, müəyyən səhvlər də oldu. Dmitri Bezotosnı zədə üzündən bu matçda iştirak etmədi. Kubok qarşılaşmasına tam bərpa olunmadan çıxmışdı. Bu dəfə onu qorumağı lazım bildik. Ruslan Qurbanovun müdafiədə oynamasına gəlincə, futbolçu bu mövqedə kifayət qədər yaxşı çıxış edir. O, həm hücumda, həm müdafiədə oynamağı bacarır. “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bizim qarşıda 4 çempionat matçımız var. Hər görüşdə qalib gəlməliyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin