Ramil Şeydayev: "Neçə vaxtdır oynayıram?"

Sportarena.az      23 Aprel 2018, 10:14

Topaz Premyer Liqanın 24-cü turunda səfərdə “Sumqayıt”ı 0:1 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 5-ci çempionluğunu rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun hücumçusu Ramil Şeydayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. İcarə əsasında “Qarabağ”da çıxış edən 21 yaşlı forvard əvvəlcə çempionluqla bağlı təəssüratlarını bölüşüb.
 

- Komandamızı təbrik edirəm. Çempion olduğumuz üçün çox sevinirəm. Son 4 oyunda da qalib gəlməyə çalışacağıq. 

- Ötən mövsüm “Jilina”, indi isə “Qarabağ”la çempion oldunuz. İki çempionluq arasında nə kimi fərq var?
- Düşünürəm ki, ordakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. Düzdür, orda da üstün idik. Çempion olmaq həmişə xoşdur.

- Erkən çempionluğa görə “Qarabağ”ı Avropada bunu bacaran PSJ, “Mançester Siti” kimi "top-klublar"a bənzətmək olar?
- Əlbəttə, olar, biz də çempionuq.

- “Qarabağ”dakı gələcəyin maraqla gözlənilir. Ağdam klubunda qalacaqsan, yoxsa müqavilə ilə məxsus olduğun “Trabzonspor”a qayıdacaqsan?
- Hələlik bəlli deyil.

- Bəs özün necə, qalmaq istəyirsən?
- Müqaviləmin başa çatmağına hələ var. Ona görə də bu barədə düşünmürəm.

- Amma burada davamlı oynamırsan...
- Məşq edirəm, çalışıram. Baş məşqçi şans verir. Ardıcıl 3 oyundur meydana çıxıram.

- Premyer Liqada cəmi 1 qol vurmusan. Xeyli vaxtdır oynadığın üçün bu, aşağı göstəricidir...
- Neçə vaxtdır oynayıram? Maksimum 4 oyunda meydana çıxmışam (gülür).

- Razılaşaq ki, heyətə düşməmək də sənin günahındır...
- Bəli. Amma daha çox oynamaq üçün üzərimdə çalışıram.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin