Dmitri Nazarov qol vurdu - VİDEO

Sportarena.az      23 Aprel 2018, 10:47

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda millimizin sabiq üzvü Toğrul Eratın klubu – “Duysburq”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:1.

 

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Dmitri isə bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 83-cü dəqiqədə məhz Nazarov vurub.

 

Hazırda “Ersgebirge” 39 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıbsa, “Duysburq” 41 xalla 10-cudu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin