Dani Kintana: "Danışıqlarımız davam edir"

Sportarena.az      23 Aprel 2018, 11:39

“Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablayıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmada vurulan yeganə qolun müəllifi olan ispaniyalı yarımmüdafiəçi əvvəlcə Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsi ilə bağlı fikirlərini bölüşüb.

 

- Qalib gəlməsək də, çempion olmaq şansımız var idi. Lakin oyunu layiqli, qələbə çalaraq bitirmək istəyirdik. Sumqayıt səfəri istənilən rəqib üçün çətindi. Buna rəğmən, qalib gəldik. Ardıcıl 5-ci dəfə çempion olduq. Buna layiq olduğumuzu düşünürəm.

 

- “Qarabağ”ın heyətində ardıcıl 3-cü çempionluğunuzu qazandınız. Bu mövsüm digərlərindən nə ilə fərqləndi?
- Çempionluq bir həvəs, istəkdi. Hərəsinin mənim üçün ayrı yeri var. “Qarabağ”ın məqsədləri başqadı. Həmişə Avropada yüksək səviyyədə çıxış etməyi hədəfləyən bir klubdur. Bu dəfə də istisna deyil. Məqsədimiz komandanı avrokuboklarda ən yüksək səviyyədə təmsil etməkdir.


- Sizi növbəti mövsümdə də “Qarabağ”da görə biləcəyik? 
- Hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey bəlli olacaq. 

 

- Çempionluğu erkən rəsmiləşdirdiyiniz üçün özünüzü “Bavariya” və PSJ kimi hiss edirsiniz? Çempionluq sevinci üzünüzdən hiss olunmur...
- Təbii ki, birinci çempionluq ilə sonuncunun gətirdiyi sevinc eyni deyil. Əsas məqsəd avrokuboklarda iştirak etməkdi. Nəticə etibarı ilə qələbə sevinci hır zaman xoşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin