Qurban Qurbanovla jurnalist arasında səmimi söhbət

Sportarena.az      23 Aprel 2018, 11:56

Topaz Premyer Liqasının 24-cü turunda “Qarabağ” “Sumqayıt”a 1:0 hesabıyla qalib gələrək çempionluğunu rəsmiləşdirib. Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında jurnalistlə səmimi söhbəti baş verib.

 

Sportarena.az xəbər verir ki, fiziki məhdudiyyətli jurnalist həmkarımız Orxan Əliyev mütəxəssisə belə bir sual ünvanlayıb: “İki il əvvəl “Qarabağ” ardıcıl üçüncü çempionluğu qazananda siz öz qızıl medalınızı mənə verdiniz. Mən həmin dönəm bu sahəyə yeni addımlar atırdım. O vaxt çoxları belə düşünürdü ki, Qurban Qurbanov gündəmə gəlmək üçün fiziki məhdudiyyətli şəxsə qarşı belə jest etdi. Əlbəttə, bilirəm ki siz belə adam deyilsiz. Amma mənə maraqlıdı, niyə siz o vaxt qızıl medalınızı mənə hədiyyə etdiniz?”

 

Bu suala Qurban Qurbanov belə cavab verib: “Çox qısa cavab verəcəm. Məncə, sən "Qarabağ" azarkeşisən. Səni çox istəyirəm, bağrıma basıram. Çempionluq üçün də təbrik edirəm. Bu sevgiyə görə medalımı sənə bağışladım".

 

Qurban Qurbanovla jurnalist arasındakı bu dialoq alqışlara səbəb olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin