"Qarabağ" "Sumqayıt"ın uğurlu seriyasına son qoydu

14:34 23 Aprel 2018

“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri 24-cü turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 12-ci turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib. 

 

Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidi. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti