Dario Federiko 10-a çatdı

14:54 23 Aprel 2018

“Kəpəz”in futbolçusu Dario Federiko Topaz Premyer Liqasında qol sayını 10-a çatdırıb. 

 

Sportarena.az xəbər verir ki, 24-cü turun “Səbail”lə səfər oyununda (1:1) hesabı açan braziliyalı cari mövsümdə 3-cü dəfə fərqlənib və Azərbaycan çempionatlarında ümumi qol sayında yubiley qeyd edib. O, 10-cu qolunu Premyer Liqadakı 43-cü matçda rəqib qapısından keçirib. 2015/16 mövsümündə 12 oyunda 3, 2016/17 mövsümündə 22 qarşılaşmada 4 dəfə qol sevinci yaşayan hücumçu cari çempionatda 9-cu matçında 3-cü uğuruna sevinib.

 

Bununla da Federiko “Kəpəz”in tarixində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 27-ci futbolçu, 6-cı legioner olub.


Xəbər xətti