"Qarabağ"ın futbolçusu Polşa futbolunun tarixinə düşdü

17:17 23 Aprel 2018

"Qarabağ" müdafiəçisi Yakub Jezniçakın adı Polşada futbol tarixinə düşüb. 
 
Sportarena.az xəbər verir ki, o, bu nailiyyəti "Qarabağ"da çempion olmaqla əldə edib. Jezniçak Azərbaycan çempionu olmaqla, karyerası ərzində 13-cü kubokunu qazanıb. 
 
Bununla da o, həmyerlilərinin rekorduna çatıb. Yakub Jezniçak titul sayında Polşa milli komandasının sabiq futbolçuları Ernst Pol və Kşiştov Vajixa ilə nəticələrini bərabərləşdirib.
 
Xatırladaq ki, Yakub Jezniçak əvvəlki 12 titulunu Polşanın "Legiya" klubunun heyətində qazanıb. O, 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib. Təcrübəli müdafiəçi 2017-ci ilin yayında trasfer olunduğu "Qarabağ"da ilk tituluna sahib çıxıb. 


Digər xəbərlər

Xəbər xətti