Məşhur qapıçı karyerasını başa vurdu

10:25 24 Aprel 2018

Braziliya millisinin sabiq qolkiperi Julio Sezar karyerası ilə bağlı önəmli qərar verib.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı "çərçivə qoruyucusu" karyerasını başa vurub. Sezar yetirməsi olduğu Braziliyanın "Flamenqo" klubunda son matçını keçirib.

 

Qeyd edək ki, Julio Sezar 2005-ci ildə "Flamenqo"dan ayrılaraq İtaliyanın "Kyevo" klubuna, daha sonra isə "İnter"ə transfer olmuşdu. Təcrübəli əlcək sahibi karyerasının ən gözəl dövrünü məhz Milan təmsilçisində keçirib. Sezar KPR, "Toronto" və "Benfika"da da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti