Futbolçumuz 90 dəqiqə oynadı

10:41 24 Aprel 2018

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə səfərdə “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Rövlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

 

“Slaviya” hazırda 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti