Fikrət Orman "Qarabağ" - "Beşiktaş" matçının vaxtını açıqladı

Sportarena.az      24 Aprel 2018, 12:08

Türkiyənin "Beşiktaş" klubu bu il Azərbaycana səfər edəcək.

 

Sportarena.az xəbər verir ki, "qara-qartallar"ın ölkəmizə səfəri sentyabr ayında reallaşacaq. İstanbul klubu ölkəmizə səfər çərçivəsində "Qarabağ"la dostluq oyunu keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda reallaşacaq.   Bu barədə məlumatı klubun prezidenti Fikrət Orman yerli mətbuata açıqlamasında bildirib:

 

"Azəbaycana səfər çərçivəsində dostluq oyunu keçirəcəyik və rəsmi mağazamızın açılışını edəcəyik. "Beşiktaş" inkişaf edir və əlbəttə ki, bizim qarşımızı kəsmək istəyənlər var. Bizimlə meydanda rəqabət etməlidirlər. Həm komandamız, həm də ölkəmiz üçün mübarizə aparacağıq".

 

Qeyd edək ki, Fikrət Orman bir neçə gün öncə ölkəmizdə səfərdə olub.   

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin