Birinci Divizionda çempionluğun taleyini həll edəcək görüşün vaxıt məlum oldu

12:37 24 Aprel 2018

Futbol üzrə Azərbaycan birinci divizionunda 25-ci turun oyun cədvəli müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi görüşü “Qaradağ Lökbatan” - “Xəzər” matçı olacaq. Turnirin lideri olan ev sahibləri ikinci sırada qərarlaşan və onlardan 2 xal geri qalan debütantla üz-üzə gələcək.

 

Birinci divizion, 25-ci tur

26 aprel

Sabah - Ağsu
Binə. Qəsəbə stadionu

 

Zaqatala - Şüvəlan
Zaqatala. Şəhər stadionu

 

27 aprel

Qaradağ Lökbatan - Xəzər
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu 

 

MOİK - Mil-Muğan
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

 

Binə - Turan Tovuz
Binə. qəsəbə stadionu

 

Qeyd: Turun bütün görüşləri 16:00-da başlanacaq


Digər xəbərlər

Xəbər xətti