Araz Abdullayev "Neftçi"yə qayıdacaq? - ÖZƏL

12:54 24 Aprel 2018

Yeni mövsümdə iddialı olmağı hədəfləyən "Neftçi" transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın sabiq futbolçusu Araz Abdullayevi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Müqavilə ilə "Qəbələ"yə məxsus olan yarımmüdafiəçi hazırda "Kipr"in "Anortosis" klubunda icarə əsasında çıxış.edir. Kiprlilər mövsümün sonunda Arazı transfer etmək istəsələr də, "qırmızı-qaralar"ın onlardan 150 min avro təzminat tələb etməsi bu keçidin baş tutmasına əngəl törədir.

 

Baş verən hadisələri diqqətlə izləyən "Neftçi" rəhbərliyi millimizin üzvünün transfer ilə bağlı "Qəbələ" ilə görüşməyə hazırlaşır. Komandanın idman direktoru Ceyhun Soltanov və prezident Kamran Quliyev Arazın yenidən ağ-qara formanı geyməsində maraqlıdı. Bu səbəbdən bakılılar əyalət təmsilçisinə müəyyən qədər təzminat ödəməyə də hazırdı.

 

Elə "Neftçi"nin yetirməsi olan futbolçu 2016-cı il sonuna kimi bu klubda çıxış edib və qısa bir müddət komandanın kapitanı da olub. Məhz həmin ilin dekabrında "Qəbələ"yə transfer edilib. Yeni komandasında özünü yaxşı tərəfdə göstərə bilməyən Abdullayev 2017-ci ilin yayın\da "Anortosis"ə icarəyə verilib. Vinger Kipr çempionatında meydana çıxdığı 27 oyunda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti