"Qarabağ" rəsmisi "Beşiktaş"la oyun barədə danışdı - AÇIQLAMA

14:46 24 Aprel 2018

"Qarabağ" klubu bu il ərzində Türkiyənin "Beşiktaş" komandası ilə yoldaşlıq görüşü keçirəcək. 
 
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib. O, "qara qartallar"ın belə bir istəyindən xəbərdar olduqlarını açıqlayıb. Türkiyə klubu ilə gözəl münasibətlərinin olduğunu deyən Ə.Çəlikəl yoldaşlıq görüşünün təşkili istiqamətində danışıqların davam etdiyini vurğulayıb:
 
"Klubun prezidenti Fikrət Orman bura gələndə görüşə bilmədik. O, başqa bir tədbir üçün gəlmişdi. Ona görə də görüşümüz baş tutmadı. Amma danışıqlarımız davam edir. Oyunun sentyabrda baş tutacağını dəqiq deyə bilmərəm. Lakin 2018-ci il ərzində bu komanda ilə mütləq yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq".
 
Qeyd edək ki, Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman "Qarabağ"la senytabrda Bakıda yoldaşlıq oyunu keçirəcəklərini açıqlayıb. 


Digər xəbərlər

Xəbər xətti