"Napoli"nin futbolçuları dodaq boyasından niyə istifafə etdilər? - FOTO

Sportarena.az      24 Aprel 2018, 15:50

İtaliya A seriyası çempionluq yarışının taleyini müəyyən edən “Yuventus” – “Napoli” matçında qəribə nüans qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, qonaqların futbolçuları meydançaya yanaqlarına qırmızı dodaq boyası çəkərək çıxıb. Bu nüans tribunaların və kameraların diqqətini matçdan çox çəkib.

 

Dodaq boyasının ailədaxili zorakılığa son qoymaq və bu problemə diqqət çəkmək üçün təşkil edilən bir layihənin parçası olduğu bildirilib. Layihə “WeWorld Onlus” adlı italiyan firmasının təşkilatçılığı ilə keçirilib. Kampaniya sosial mediada "unrossoallaviolenza" (zorakılığa qırmızı kart) haştağı ilə paylaşılıb.

 

Qeyd edək ki, matç 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin