“Qəbələ” - “Qarabağ” matçı Bakıda keçirilə bilər - Mükafatlandırmaya görə

16:34 24 Aprel 2018

Azərbaycan Premyer Liqasında sonuncu – 28-ci turun “Qəbələ” - “Qarabağ” matçı Bakıda keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. R.Musayev belə bir variantı Ağdam klubuna çempionluq kubokunun və qızıl medalların təqdim edilməsi ilə əlaqələndirib. Dəyişiklik rəsmiləşəcəyi təqdirdə, matç mayın 20-də Qəbələdə deyil, “Azərsun Arena”da keçiriləcək:

 

“Çempionluq kubokunu sonuncu turda təqdim etməyi nəzərdə tutmuşuq. "Qarabağ" isə axırıncı turda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. "Qarabağ"ın mükafatı doğma azarkeşləri önündə almasından ötrü "Qəbələ"dən oyunu Bakıda keçirməsini xahiş edə bilərik".

 

Qeyd edək ki, “Qarabağ” cari çempionatına başa çatmasına 4 tur qalmış çempionluğu rəsmiləşdirib. Hazırda 59 xalla birinci pillədə qərarlaşan Ağdam təmsilçisi 2-ci sıradakı “Qəbələ”ni 17 xal qabaqlayır. PFL-in planı gerçəkləşsə, “qırmızı-qaralar” mükafatçılar sırasına düşəcəkləri təqdirdə, onlar da medallarını “Azərsun Arena”da alacaqlar.


Digər xəbərlər

Xəbər xətti