İqor Tudor İtaliya klubu ilə anlaşdı

17:19 24 Aprel 2018

Xorvat məşqçi İqor Tudor karyerasını İtaliyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Udineze” ilə anlaşıb. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə hazırkı baş məşqçisi Massimo Oddo ilə yollarını ayırmağa hazırlaşan Udine təmsilçisinin Tudorla anlaşdığı qeyd edilib. Xorvatla növbəti mövsümün sonuna kimi müqavilə bağlanıb.

 

“Udineze” Tudorun məşqçi karyerasında 5-ci klub olacaq. O, daha öncə “Hayduk”, PAOK, “Karabükspor” və “Qalatasaray”da çalışıb.

 

İtaliya A Seriyasının 34 turundan sonra hesabında 33 xal olan “Udineze” 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Xəbər xətti