Rusiyaya birinci hansı ölkə yollanacaq?

17:33 24 Aprel 2018

2018-ci il dünya çempionatı ilə əlaqədar Rusiyaya gələcək ilk komanda müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Vitali Mutko bildirib.O, İran yığmasının digər komandalardan daha tez – iyunun 5-də ölkəyə təşrif buyuracağını söyləyib. İranlılar Moskva ətrafında Bakovka mikrorayonunda məskunlaşacaqlar.

 

Dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İran millisi İspaniya, Portuqaliya və Mərakeş yığmaları ilə birgə B qrupunda yer alıb.


Digər xəbərlər

Xəbər xətti