Klopp Trampa ilişdi

Sportarena.az      24 Aprel 2018, 18:21

"Liverpul"un baş məşqçisi Yurgen Klopp siyasətdən danışıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistin "Sizə niyə tez-tez qulaq asırlar" sualına özünəməxsus tərzdə cavab verib. Hətta Klopp ABŞ prezidenti Donald Trampa da söz atıb:

 

"Bilirsiniz, bunun özü də bir problemdi. Xalq çox vaxt səhv insanlara qulaq asır. Ona görə də dünyada bu cür hadisələr baş verir. Məhz bu səbəbdən Tramp ABŞ-ın prezidenti oldu. Halbuki bu iş üçün daha uyğun insanlar var. Belə bir ölkədə hər şeyin bir seçimlə başa çatması inanılmazdı".

 

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı da fikirlərini bildirən Klopp bunun doğru addım olmadığını söyləmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin