“Liverpul” - “Roma” matçında laynsmanın başına gələn kuryoz hadisə - FOTO

Sportarena.az      25 Aprel 2018, 11:34

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” və İtaliyanın “Roma” klubları arasında keçirilən ilk yarımfinal matçında kuryoz hadisə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, matçın 5-ci dəqiqəsində yan xətt hakimi Stefan Luppun bayrağında problem yaranıb. Belə ki, bayraq çubuqdan çıxıb. Laynsman onu yerinə sala bilmədiyindən, almaniyalı baş hakim Feliks Brıx ona yeni bayraq verilməsini tələb edib. Ən maraqlı epizodlardan biri də elə ona yeni bayraq gətirilənə qədər baş verib. Belə ki, "Liverpul"un hücumu zamanı Roberto Firminonun oyundankənar vəziyyət olduğunu göstərmək üçün Lup bayraqsız çubuğu havaya qaldırıb.

 

Qeyd edək ki, ilk yarısı oynanılan qarşılaşmada hələ hesab açılmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin