Liverpulda insident - Azarkeş bıçaqlandı

12:40 25 Aprel 2018

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Liveprul” - "Roma” oyunundan əvvəl qalmaqal baş verib.
 
Sportarena.az xəbər verir ki, oyundan əvvəl iki komandanın azarkeşləri arasında bir neçə toqquşma yaranıb. "The Sun”ın yaydığı xəbərə görə, Liverpul küçələrində qeydə alınan insidentlərdə yararlananlar da olub. Hətta "Liverpul” azarkeşlərindən biri bıçaqlanıb. Həmin hadisə oyunun başlamasından bir qədər əvvəl barlardan birində baş verib.
 
Qeyd edək ki, ilk oyun "Liverpul” 5:2 hesablı qələbəsi ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti