Emin Mahmudovun qırmızı vərəqəsi ləğv edildi

13:20 25 Aprel 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt” - “Qarabağ”matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.

 

Premyer Liqanın 24-cü turunun “Keşlə” - “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

 

Oyunun 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlıya göstərilmiş sarı vərəqə ləğv edilir.

 

Premyer Liqanın 24-cü turunun “Neftçi” - “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

 

Oyunun 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudova göstərilmiş ikinci sarı vərəqə ləğv edilir.

 

“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti