Salahdan daha iki rekord

Sportarena.az      25 Aprel 2018, 14:20

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Roma” ilə ilk oyununda komandasının böyük hesablı qələbəsinə (5:2) 2 qolla töhfə verən “Liverpul”un hücumçusu Məhəmməd Salah rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, “canavarlar”la görüşdəki dublla qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə vurduğu topların sayını 10-a çatdıran Salah, ÇL-də bir mövsümə ən çox qol vuran afrikalı futbolçu olub. Misirlidən öncə bu rekord kamerunlu Samuel Etoya məxsus idi. O, 2010/11 mövsümündə “İnter”in heyətində 8 qola imza atmışdı.

 

Bununla yanaşı, Salah “Liverpul”un heyətində ÇL-in bir mövsümündə ən çox qol vuran futbolçu adına da yiyələnib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin