Ən çox qazanan futbolçular kimlərdi?

14:41 25 Aprel 2018

“France Football” jurnalı 2017/18 mövsümünün ən çox qazanan 5 futbolçusunun adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, jurnalın açıqladığı siyahıya əsasən, cari mövsümün ən çox qazanan futbolçusu “Barselona”nın hücumçusu Lionel Messidi. Argentinalının aldığı maaş və sponsorlardan gələn qazancının 110 milyon funt-sterlinq olduğu vurğulanıb.

 

Messinin əzəli rəqibi, “Real”ın hücumçusu Kriştiano Ronaldonun bir mövsümlük qazancı isə 82 milyon funt-sterlinq olub.

 

Sonrakı pillələrdə isə Neymar (PSJ), Xerard Pike (Barselona) və Qaret Beyl (Real) yer alıb.


Digər xəbərlər

Xəbər xətti