AFFA hakimi döyərək təhqir edən məşqçini 10 oyunluq cəzalandırdı

Sportarena.az      25 Aprel 2018, 15:35

Futzal üzrə Azərbaycan çempionatı, Regional və aşağı yaş qruplarından ibarət liqalardakı 7 oyunda hakimlər təhqir olunub.

 

Sportarena.az xəbər verir ki, AFFA İntizam Komitəsi belə hallara qarşı cəza tədbirləri görüb:

 

U-14 Liqasında çıxış edən “Neftçi” İK İB klubunun məşqçisi Fəxrəddin Mürvətovu 10 oyunluq cəzalandırıb. Səbəb onun Astaranın UGİM komandası ilə matçın 59-cu dəqiqəsində hakimə kəskin etiraz, təhqirlər ünvanlaması və fiziki təzyiq göstərməsidir.

 

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində “Hövsan”la matçının 46-ci dəqiqəsində “Avanqard”ın məşqçisi Vahid Həşimov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.

 

Regional Liqada “Şəki” ilə oyundan sonra "Şirvan"ın futbolçusu Şahin Cəfərov, Gənclər Liqasında "Səbail"lə görüşün 86-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Seymur Həmidov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

 

U-12 Liqasında “Vətən”lə matçda “Səbail”in məşqçisi Fərid Namazov, “Leon”la görüşdə isə “Vətən”in məşqçisi Samir Abdulrəhmanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. 

 

U-13 Liqasında “Səbail”lə görüşdən sonra “Vətən”in futbolçusu Fəxri Məmmədli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin