"Kəpəz"də istirahət bitdi

17:48 25 Aprel 2018

Topaz Premyer Liqasının 25-ci turunda “Qəbələ”nin qonağı olacaq “Kəpəz” bugündən qarşıdakı oyunun hazırlığına başlayıb.

 

Sportarena.az xəbər verir ki, “Səbail”ə qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

 
“Sarı-göylər”in bugünkü məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub. Sabah Gəncəyə gedəcək “Kəpəz” əsas hazırlığı doğma şəhərdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti