Karlsen futbol turnirində də qalib oldu - FOTOLAR

Sportarena.az      25 Aprel 2018, 18:39

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.

 

Sportarena.az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı yarışda həmçinin ShamkirChess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib.

 

Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.

 

Sonda qalib komanda kubokla mükafatlandırılıb.



Sportarena.az adlı şəxsin şəkli.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin