Şahmatçılarımız sülhə razılaşdı

Sportarena.az      25 Aprel 2018, 20:21

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən Shamkir Chess 2018 superturnirində bu gün 6-cı turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçılarının hamısı turu heç-heçə ilə başa vurub. Teymur Rəcəbov polşalı Radoslav Voytaşeklə, Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Rauf Məmmədov isə bolqarıstanlı Veselin Topalovla xalları yarı bölüb.

 

Dünya çempionu Maqnus Karlsen bu dəfə Sergey Karyakinlə “sülh bağlayıb”. Aniş Giri isə David Navaraya qalib gəlib.

 

Shamkir Chess 2018, 6-cı tur
25 aprel

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) 1:0
Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa) 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Rauf Məmmədov (Azərbaycan) 0,5:0,5
Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) 0,5:0,5

 

Turnir cədvəli: Veselin Topalov – 4,0. Maqnus Karlsen, Aniş Giri – 3,5. Dinq Liren, Teymur Rəcəbov, Rauf Məmmədov, Sergey Karyakin – 3,0. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek – 2,5. David Navara – 2,0.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin