Venger istefa verməyib, göndərirlər - AÇIQLAMA

14:54 26 Aprel 2018

Bir müddət öncə mövsümün sonunda “Arsenal”dan ayrılacağını açıqlayan Arsen Venger yenə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, fransız mütəxəssis klubdan ayrılmaq qərarının öz fikri olmadığını deyib. O, bununla rəhbərlik tərəfindən zorla göndərildiyinə işarə edib:

 

“Baş məşqçi postunu bu yay tərk etmək mənim fikrim deyildi”.

 

Xatırladaq ki, 22 ildi komandanın “sükanı arxasında” olan mütəxəssisin öz xoşuna yox, rəhbərliyin təzyiqi ilə getmək barədə qərar qəbul etməsi iddia edilir.


Digər xəbərlər

Xəbər xətti