"Sumqayıt"da bir itki

16:12 26 Aprel 2018

Ötən tur “Qarabağ”la qarşılaşan “Sumqayıt” 2 günlük istirahəti başa vurub.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" Samir Abasovun rəhbərliyi altında şəhər stadionunda məşqə çıxıb. “Qarabağ”la qarşılaşmanın gedişində zədə alan Rəşad Eyyubov hazırlıq prosesində iştirak etməyib. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq komandaya qoşulub. Bundan başqa, əvəzedici heyətdən bir neçə futbolçu məşq prosesinə cəlb edilib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.  

 

Qeyd edək ki, “Sumqayıt” - “Səbail” qarşılaşması 29 aprel, saat 19:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti