"Real"da ciddi itki

16:53 26 Aprel 2018

“Real” itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Dani Karvahal sıradan çıxıb. Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə səfər görüşündə zədələnən müdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Baldırından zədə alan Karvahal “Bavariya” ilə cavab oyununu buraxmalı olacaq. Bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb.

 

Xatırladaq ki, “Bavariya” və “Real” arasında Münhendə keçirilmiş ilk matç ispanların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

Bu komandalar arasında cavab görüşü mayın 1-də, Madriddə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti