Şahmatçılarımızın duelində qalib müəyyənləşmədi

Sportarena.az      26 Aprel 2018, 21:39

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirində bu gün 7-ci turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün yarışın iştirakçılarından biri - Azərbaycan təmsilçisi Rauf Məmmədovun 30 yaşı tamam olur. Turun əvvəlində bu münasibətlə Rauf Məmmədovu təbrik edən Təşkilat Komitəsi milli komandanın şahmatçısına hədiyyə təqdim edib. Rauf öz ad günündə hollandiyalı Aniş Giri ilə mübarizə aparıb. Görüş heç-heçə yekunlaşıb. Digər şahmatçılarımız – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə bu turda bir-biri ilə qarşılaşıb. Onlar da heç-heçəyə razılaşıblar.

 

Radoslav Voytaşeklə Sergey Karyakinin duelində də qalib müəyyənləşməyib. Digər iki görüşdə isə Dinq Liren David Navaranı, Maqnus Karlsen də lider Veselin Topalovu məğlub edib. Dünya çempionu bu qələbə sayəsində liderliyi ələ keçirib.

 

Shamkir Chess 2018, 7-ci tur
26 aprel

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2704) - Aniş Giri (Hollandiya, 2777) 0,5:0,5
Radoslav Voytaşek (Polşa, 2744) - Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5
David Navara (Çexiya, 2745) - Dinq Liren (Çin, 2778) 0:1
Maqnus Karlsen (Norveç, 2843) - Veselin Topalov (Bolqarıstan, 2749) 1:0

 

Turnir cədvəli: Karlsen 4,5; Topalov, Giri, Dinq - 4; Karyakin, Məmmədov, Rəcəbov – 3,5; Voytaşek, Məmmədyarov – 3; Navara - 2.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin