“Kəpəz”dən Karlsenə hədiyyə

10:52 27 Aprel 2018

Məlum olduğu kimi, Şəmkirdə Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturniri keçirilir.

 

Sportarena.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Gəncənin "Kəpəz" futbol klubu yarışın qonağı olub.

 

"Kəpəz"in icraçı direktoru Elnur Camalxanov üzərində “Maqnus” yazılan 1 nömrəli formanı dünya çempionu Maqnus Karlsenə hədiyyə edib. Dünya çempionu diqqətə görə "Kəpəz" rəsmilərinə təşəkkür edib.


Digər xəbərlər

Xəbər xətti