"Real" "Siti"yə 280 milyon təklif etdi - İki futbolçuya görə

12:53 27 Aprel 2018

Yayda heyətinə bir neçə ulduz futbolçu qatmağı planlaşdıran "Real" "Mançester Siti"nin iki futbolçusuna "elçi" düşüb. 
 
Sportarena.az xəbər verir ki, İngiltərə mediası "Kral Klubu"nun "şəhərlilər"dən Kevin De Bruyne v? Leroy Saneni heyətinə qatmaq istəyir. "Real"ın De Bruyne üçün 200, Sane üçün 80 milyon avro ödəməyə hazırdı. 
 
Qeyd edək ki, "Mançester Siti" Kevin De Bruyneni 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"in 110 milyon avro qiymət qoyduğu 26 yaşlı belçikalı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 49 rəsmi oyunda 12 qol vurub və 20 məhsuldar ötürmə edib.
 
Leroy Sane isə 2016-cı ildə "Şalke 04"dən 50,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" 22 yaşlı forvarda 75 milyon avro qiymət qoyub. Almaniya millisinin üzvü bu bu mövsüm meydana çıxdığı 45 rəsmi matçda 13 qol vurub və 16 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti