"Uembli" stadionu satılır

14:09 27 Aprel 2018

Futbol üzrə İngiltərə millisinin ev oyunlarını keçirdiyi “Uembli” stadionu satılır.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasına Londonda yerləşən arenanı almaq üçün ilk təklif də edilib. “Fulhem”in və amerikan futbolu komandası “Ceksonvil Yaquars”ın sahibi olan pakistanlı iş adamı Şahid Xan arena üçün 1 milyard funt-sterlinq təklif edib. Bu barədə məlumatı Britaniyanın “San” nəşri yayıb. O, bu məbləğin 600 milyon funt-sterlinqini birbaşa, qalanını isə hissə-hissə ödəyəcək.

 

Xanın stadiondan qazanc məqsədli istifadə edəcəyi, həmçinin, sahibi olduğu “Ceksonvil Yaquars” klubunun NFL-dəki bəzi matçlarını bu arenada keçirməyi planlaşdırdığı deyilir.


Digər xəbərlər

Xəbər xətti