FİFA-dan "Trabzonspor"a şad xəbər

14:41 27 Aprel 2018

FİFA “Trabzonspor”a tətbiq etdiyi transfer qadağasını ləğv edib.


Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı xəbər yayıb. Bildirilir ki, klub 2018/19 mövsümü üçün transfer etməkdə heç bir problem qalmayıb.

 

Ötən ay  FİFA “bordo-mavilər”ə bu cəzanı vermişdi. Klubun etirazından sonra isə qurum qərarını dəyişib.

 

Qeyd edək ki, hazırda “Qarabağ”da icarə əsasında çıxış edən millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdur. 


Xəbər xətti