Andres İnyesta gələn ayın sonu “Barselona”nı tərk edir.
Sportarena.az xəbər verir ki, bu haqda 33 yaşlı futbolçu bu gün keçirdiyi xüsusi mətbuat konfransında bildirib.
İnyesta karyerasını Çinin “Çuntsin Lifan” klubunda davam etdirəcək. O, bu klubla 3 illik müqavilə bağlayacaq.
Xatırladaq ki, İnyesta “Barselona”da 2001-ci ildən çıxış edir. Bu klubla əfsanəvi oyunçu 31 mükafat qazanıb.