UEFA “Roma”nı cəzalandıracaq

17:40 27 Aprel 2018

UEFA “Roma”ya 1 və 2 səfər oyununa azarkeş aparmama cəzası verəcək.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “canavarlar”ın azarkeşlərinin Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul”la səfər oyununda meydan sahiblərinin bir azarkeşinə xəsarət yetirməsi olub. Avropanın ali futbol qurumu xəstəxanalıq olan azarkeşə görə İtaliya klubuna 1 və ya 2 səfər görüşünə azarkeş aparmama cəzası verəcək.

 

Bu komandalar arasında Romada keçiriləcək cavab görüşünü 5 minə yaxın ingilis fanatın izləyəcəyi gözlənilir. Xəbərdə məhz buna görə, İtaliya tərəfinin artıq indidən təhlükəsizlik tədbirlərinə başladığı qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti