Birinci Divizionda lider dəyişdi

20:24 27 Aprel 2018

Futbol üzrə Azərbaycan birinci divizionunda 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Mərkəzi qarşılaşma lider "Qaradağ Lökbatan"la əsas izləyicisi "Xəzər" arasında baş tutub. Dörd qolun qeydə alındığı qarşılaşmada inamlı qələbəyə sevinən "Xəzər" lideri devirərək zirvəni ələ keçirib. Halbuki, "Qaradağ Lökbatan" bir neçə tur əvvələ qədər çox böyük fərqlə bütün rəqiblərindən öndə idi.

 

Birinci divizion, 25-ci tur

27 aprel

Qaradağ Lökbatan - Xəzər 1:3

Qol: Sabir Allahquliyev, 40 – Elmir Rəhimzadə, 32; 63. Bəxtiyar Soltanov, 90+3.

 

MOİK - Mil-Muğan 3:0
Qol: Bəhruz Teymurov, 43; 87. Kamil Nurəhmədov, 66.

 

 

Binə - Turan Tovuz 0:2
Qol: Tuqay Alhüseynli, 60. Vüsal Səfərov, 75-avtoqol.


Xəbər xətti