Qurban Qurbanov: "Evdə oynamaq “Qəbələ”nin haqqıdı"

21:43 27 Aprel 2018

Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”yə qalib gələn (2:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə matçla bağlı fikirlərini bildirib:

 

- Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdü, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur.

 

- Bu oyunda bir neçə dəyişiklik etmişdiz...
- Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.

 

- “Qəbələ” ilə son turda keçiriləcək oyunun Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədi?
- Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq “Qəbələ”nin haqqıdı. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdu.

 

- Şeydayevi komandada saxlayacaqsız?
- Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışığımız olmayıb. Bu barədə nə “Trabzonspor”la, nə də Ramillə danışmışıq.


Digər xəbərlər

Xəbər xətti