Aqolli: "Nə demişəmsə, sözümün üstündəyəm"

00:02 28 Aprel 2018

Topaz Premyer Liqanın 25-ci turunda “Zirə” üzərində qazanılan səfər qələbəsindən (2:1) sonra "Qarabağ"ın futbolçusu Ansi Aqolli jurnalistlərə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, qələbə qolunun assistini edən albaniyalı futbolçu oyundan öncə Ağdam klubunun qəsəbə təmsilçisinə güzəşt edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib:

 

“Zirə” ilə oyunlar çətin olur. Bu dəfə də istisna hal yaşanmadı. Çempionata hörmətlə yanaşmalı və bütün oyunlara qələbə əzmi ilə çıxmalıyıq. Biz peşkarıq. Kənarda gəzən söz-söhbətlərə fikir verməməliyik. Meydanda öz işimizi gördük".

 

Təcrübəli sol cinah müdafiəçisi ötən günlərdə Albaniya mətbuatına açıqlamasında "Qarabağ"da qalmaq arzusunda olduğunu dilə gətirmişdi. 35 yaşlı futbolçu bildirib ki, son qərar baş məşqçi Qurban Qurbanova məxsus olacaq:

 

"Nə demişəmsə, sözümün üstündəyəm. “Qarabağ”da qalmaq mənim arzumdu. Amma bu, baş məşqçinin qərarı olacaq".


Xəbər xətti