"Leyptsiq" uduzdu, "Borussiya" xal itirdi - YENİLƏNİB

02:04 30 Aprel 2018

Almaniya Bundesliqasında 32-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Hoffenhaym” “Hannover”i qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

 

Çempionluğu təmin etmiş “Bavariya” sabah “Ayntraxt”la üz-üzə gələcək.

 

Bu turda aşağı liqaya düşən ilk klubun adına aydınlıq gələ bilər. Hazırda son pillədə qərarlaşmış “Köln” “Frayburq”la səfər oyunundan qələbə ilə ayrılmasa, sona 2 tur qalmış 2-ci Bundesliqaya düşməsi rəsmiləşəcək. Tarixi ərzində iki dəfə çempionluq sevinci yaşamış “keçilər” Bundesliqaya 2014-cü ildə vəsiqə qazanıb.

 

Almaniya Bundesliqası, 32-ci tur

27 aprel

Hoffenhaym - Hannover 3:1

 

28 aprel

17:30 Bavariya - Ayntraxt 4:1
17:30 Herta - Auqsburq 2:2
17:30 Frayburq - Köln 3:2
17:30 Şalke - Borussiya M 1:1
17:30 Volfsburq - Hamburq 1:3
20:30 Bayer - Ştutqart 0:1

 

29 aprel

17:30 Maynts - Leyptsiq 3:0
20:00 Verder - Borussiya D 1:1


Xəbər xətti