"Traktorsazi" mövsümə qələbə ilə yekun vurdu

10:25 28 Aprel 2018

Futbol üzrə İran çempionatında mövsümə yekun vurulub.

 

Spoirtarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da sonuncu - 30-cu turun oyunlarına çıxıblar.

 

Təbrizin “Traktorsazi” klubu səfərdə “Fulad Xuzestan”la qarşılaşıb. Türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın yetirmələri bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” isə doğma meydanda “Padideh” ilə heç-heçəyə razılaşıb - 0:0.

 

“Göstəriş” mövsümü 37 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 34 xalla 10-cu pillədə başa vurub.


Xəbər xətti