"Neftçi"də 2 ciddi itki

13:13 28 Aprel 2018

Topaz Premyer Liqanın 25-ci turu çərçivəsində bu gün “Keşlə”nin qonağı olacaq “Neftçi” matça itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Kirill Petrovla Soni Mustivar görüşü buraxmalı olacaq. Ukraynalı müdafiəçi cəzalı, haitili yarımmüdafiəçi isə zədəli olduğu üçün meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, “Keşlə” – “Neftçi” oyunu saat 16:00-da başlayacaq.


Xəbər xətti